Qol.Az

Namiq Ələsgərovdan üzücü xəbər - Yenilənib

[22.07.2021]
Namiq Ələsgərovdan üzücü xəbər - <b style="color:red"> Yenilənib</b>

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Olimpiakos”un qonağı olan “Neftçi” ciddi itki ilə üzləşib.

Qol.az xəbər verir ki, komandanın lideri Namiq Ələsgərov ilk hissənin sonlarında məcburi əvəzlənməli olub.

Görüşün 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namiqə qarşı kobud oynayıb. Burnundən zədə alan "Neftçi"nin qol "silah"ı meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib. "Olimpiakos"un qolunun müəllif olan Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub.

***

"Neftçi"nin 0:1 hesabı ilə uduzduğu matçdan sonra komandanın baş məşqçisi Samir Abasov Namiq Ələsgərovun zədəsinin ciddi olduğunu bildirib. O, futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar olduğunu deyib. 26 yaşlı hücumçu ən azı cavab matçını da buraxacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.