Qol.Az

FİFA milli komandanı cəzalandırdı

[19.06.2021]
FİFA milli komandanı cəzalandırdı

Fifa Meksika millisini cəzalandırıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar verib. Cəzaya yığmanın azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.

Olimpiya təsnifat turnirinin Dominikan Respublikası və ABŞ-la martda keçirilən görüşlərindəki şüarlar Meksika yığmasına baha başa gəlib. FİFA millinin DÇ-2022-dəki iki ev oyununu azarkeşsiz keçirməsinə qərar verib. Bundan başqa, Meksika Futbol Federasiyası 60 min İsveçrə frankı cərimə də ödəyəcək.

Qeyd edək ki, Meksika millisi sentyabrın 2-də Yamayka, oktyabrın 7-də Kanada ilə ev matçını azarkeşsiz keçirməli olacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.