Qol.Az

"5:0 hesabı ilə qalib gələ bilərdik" - Uels millisinin baş məşqçisi

[16.06.2021]
"5:0 hesabı ilə qalib gələ bilərdik" - <b style="color:red">Uels millisinin baş məşqçisi</b>

"Bundan artıq qürur duya bilməzdim. Yaratdığımız qol epizodlarının sayı çoxdur. Daha çox qol vura bilmədiyimiz üçün məyusuq,  amma oyunçularım möhtəşəm iş gördülər".

Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Robert Peyc Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Hörmətsizlik kimi qəbul edilməsin, ancaq Türkiyə İsveçrədən fərqli yığma komandadır. Daha çox qol şanslarımızın olacağıını bilirdik. İlk oyunlar çətin olur, uduzmamaq lazımdır. İndi 4 xalımız var və bu nəticə əladır" - deyə o bildirib.

R.Peyc tam performanslarını göstərmədiklərini söyləyib: "100 faizlik oyunumuz bu deyildi. Şanslarımızı daha yaxşı dəyərləndirsəydik, 4:0 və ya 5:0 hesabı ilə qalib gələ bilərdik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.