Qol.Az

"İkinci qol tortun üzərindəki krem kimi oldu" - Qaret Beyl

[16.06.2021]
"İkinci qol tortun üzərindəki krem kimi oldu" - <b style="color:red">Qaret Beyl</b>

"Qələbə qazandığımız üçün çox sevinirəm. Sona qədər mübarizə apardıq. Bir penaltini düzgün yerinə yetirə bilmədim, amma eyni motivasiya ilə oynayaraq yaxşı xarakter göstərdiyimi düşünürəm".

Qol.az xəbər verir ki, bu sözləri Uels millisinin kapitanı Qaret Beyl Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda Türkiyəyə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Matçın son dəqiqələrindəki ikinci qol tortun üzərindəki krem kimi oldu. Qalibiyyət önəmli idi. 4 xal qrupdan çıxmaq üçün yetərli olacaq kimi görünür, amma bunu dəqiq yekunda biləcəyik. Turnirdən öncə 4 xal verilsəydi, dərhal qəbul edərdik".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.