Qol.Az

La Liqada mövsümün ən yaxşı futbolçusu odur

[11.06.2021]
La Liqada mövsümün ən yaxşı futbolçusu odur

La Liqada 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az La Liqanın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Atletiko"nun qapıçısı Yan Oblak ötən mövsümün ən yaxşı oyunçusu seçilib. Sloveniyalı qolkiper ölkə çempionatında son mövsümdə meydana çıxdığı 38 matçda 25 qol buraxıb, 18 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Atletiko" ötən mövsüm La Liqanın qalibi olub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.