Qol.Az

"Ronaldo 5-10 il əvvəl etdiklərini bacarmaz" - Del Pyero

[10.06.2021]
"Ronaldo 5-10 il əvvəl etdiklərini bacarmaz" - <b style="color:red"> Del Pyero</b> İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin klubunun hücumçusu Kriştiano Ronaldonun hazırkı performansından danışıb.

Qol.az xəbər verir ki, keçmiş hücumçu "Football Italia"ya açıqlamasında portuqaliyalı futbolçunun əvvəlki kimi çıxış etmədiyini bildirib:

"Düşünürəm ki, Ronaldo karyerasının elə bir mərhələsinə qədər qoyub ki, 5-10 il bundan əvvəl etdiklərini indi bacarmaz. Ancaq hələ də yüksək potensialı var. Buna uyğunlaşmalıdır.

Ronaldo baş məşqçisi Alleqri ilə danışmalı və yola birlikdə davam edib-etməyəcəklərinə qərar verilməlidir".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.