Qol.Az

"Qalatasaray"ın prezidenti namizədliyini geri götürdü

[06.05.2021]
"Qalatasaray"ın prezidenti namizədliyini geri götürdü

“Qalatasaray”n prezidenti Mustafa Cengiz qarşıdan gələn seçkilərdə namizəd olmayacağını açıqlayıb.

Qol.az xəbər verir ki, o, sosial şəbəkə hesabındakı paylaşımında növbədənkənar prezident seçkilərində namizəd olmamaq qərarını verdiyini bildirib.

72 yaşlı funksioner 2018-ci ildən "Qalatasaray"a rəhbərlik edir.

Qeyd edək ki, “Qalatasaray”da növbədənkənar seçkilər mayın 22-nə təyin olunsa da, pandemiya səbəbindən təxirə salınıb. Seçkilərin iyun ayında keçiriləcəyi gözlənilir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.