Qol.Az

Birinci divizionda çempion və medalçılar müəyyənləşdi

[06.05.2021]
Birinci divizionda çempion və medalçılar müəyyənləşdi

Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Mahmud Qurbanovun çalışdırdığı komanda 25-ci turda evdə "Kəpəz"ə qalib gəlib - 1:0.

Bununla da xallarını 61-ə yüksəldən lider ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayıb ki, bu da çempionluğu təmin edib.

"Zaqatala" və "Turan Tovuz"un isə mükafatçılar sırasında olacağı dəqiqləşib. Hazırda "Zaqatala" 50 xalla 2-ci, "Turan Tovuz" isə 48 xalla 3-cü pillədə yer alıb.

6 may

Birinci divizon, 25-ci tur

"Qarabağ-2" – "Keşlə-2" - 3:1
Qol:
Seyxan Fərəcov, 10; 22. Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 9

"Sabah-2" – "Turan Tovuz" - 3:3
Qol:
Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2.

"Neftçi-2" – "Kəpəz" - 1:0
Qol:
İsmayıl Zülfüqarlı, 65.


N Klublar O Q H M T-F X
1 Neftçi-2 25 19 4 2 58-14 61
2 Zaqatala 24 16 2 6 50-28 50
3 Turan Tovuz 25 13 9 3 37-19 48
4 Sabah-2 25 13 3 9 44-34 42
5 Qarabağ-2 25 10 4 11 30-26 34
6 Keşlə-2 25 8 3 14 29-52 27
7 Kəpəz 25 6 7 12 28-36 25
8 Qaradağ Lökbatan 24 6 5 13 24-38 23
9 Sumqayıt-2 24 4 6 14 23-46 18
10 MOİK 24 4 5 15 26-56 17


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.