Qol.Az

ÇL-də bunu bacaran ilk baş məşqçi oldu

[06.05.2021]
ÇL-də bunu bacaran ilk baş məşqçi oldu

Çempionlar Liqasının yarımfinalında "Real"ı keçərək finala yüksələn "Çelsi"nin baş məşqçisi Tomas Tuhel rekorda imza atıb.

Qol.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixində iki il ardıcıl fərqli klublarla finala adlayan ilk məşqçi olub.
 
Almaniyalı çalışdırıcı ötən il PSJ ilə turnirin finalına qədər irəliləmiş, həlledici görüşdə "Bavariya"ya uduzmuşdu.

Xatırladaq ki, "Çelsi" finalda "Mançester Siti" ilə qarşılaşacaq.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.