Qol.Az

"Azərbaycan futbolunda yaxşı pul var idi"

[06.05.2021]
"Azərbaycan futbolunda yaxşı pul var idi"

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Alvaro Silva Azərbaycanda oynadığı vaxtları xatırlayıb.

Qol.az xəbər verir ki, hazırda Taylandın "Suphanburi" komandasında çıxış edən ispaniyalı müdafiəçi marbella24.es-ə açıqlamasında deyib:

"Azərbaycan ekzotik ölkədir. Orada çıxış etdiyim vaxt futbolda yaxşı pul var idi. Klub paytaxt Bakıdan uzaqda məskunlaşsa da, şəraiti yaxşı idi. Onda Toni Doblas da "Xəzər Lənkəran"da çıxış edirdi. Komandanın baş məşqçisi isə Con Benjamin Toşak idi. Həmin kollektivlə Azərbaycan Super Kubokunu qazandıq".

Qeyd edək ki, Alvaro Silva 2013/2014 mövsümündə "Xəzər Lənkəran"da oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.