Qol.Az

Depay Barselonada ev axtarır

[04.05.2021]
Depay Barselonada ev axtarır

"Lion"un futbolçusu Memfis Depay "Barselona"ya keçməyə yaxındır.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 27 yaşlı hücumçu artıq şəhərdə ev axtarmağa başlayıb. O, ailəsi ilə birgə Pedralbes ərazisində bir neçə mənzili nəzərdən keçirib. Lakin Kataloniya klubu transferlə bağlı hələlik heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Depay bu mövsüm 35 matçda 19 qol vurub və 10 qolun ötürməsini verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.