Qol.Az

"Konteyə görə ölümlə mübarizə aparmağa hazıram"

[04.05.2021]
"Konteyə görə ölümlə mübarizə aparmağa hazıram" “İnter”in futbolçusu Romelu Lukaku baş məşqçisi Antonio Konte ilə münasibətlərindən danışıb.

Qol.az xəbər verir ki, belçikalı hücumçu “La Tribune”yə açıqlamasında Kontenin sayəsində bu cür yüksək səviyyədə çıxış etdiyini deyib:

“Ona görə ölümlə mübarizə aparmağa hazıram. Əvvəllər Konte ilə birgə çalışmamışıq. “Çelsi”də onun rəhbərliyi altında oynamaq fürsətim olmadı. Amma “Mançester Yunayted”dən ayrıldıqdan sonra Kontenin sayəsində inkişaf edəcəyimi bilirdim. Antonio mənə vəziyyəti açıq şəkildə izah etdi: "Məşqdə işləməsən, oynamayacaqsan". Karyeranız boyunca sizinlə dürüst olan insanlarla tanış olmaq vacibdir”.

Xatırladaq ki, “İnter” A seriyasında mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Lukaku isə çempionatda 33 oyuna 21 qol vurub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.