Qol.Az

Mbappe "Mançester Siti"yə qarşı oynayacaq?

[04.05.2021]
Mbappe "Mançester Siti"yə qarşı oynayacaq?

PSJ-nin baş məşqçisi Maurisio Poçettino zədəli futbolçusu Kilian Mbappenin bu gün Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə oyunda iştirak edib-etməyəcəyi ilə bağlı sualları cavablandırıb.

Qol.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında hələlik 22 yaşlı hücumçunun əsas heyətə daxil olub-olmayacağı haqda qərar verilmədiyini deyib:

"Bu gün Mbappenin vəziyyətini qiymətləndirəcəyik. Fərdi şəkildə məşq edir. Axşam onun nə hiss etdiyini və oynamağa hazır olub-olmadığını görəcəyik. Bundna sonra qərar verəcəyik. Böyük bir heyətimiz var, bütün oyunçular üzərimizə düşəni yerinə yetirə bilər. Kilian oynaya bilməsə belə, komandamızın qələbə qazanmaq üçün çalışması üçün hər şey var".

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında ilk görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.