Qol.Az

Millinin futbolçuları peyvənd olunur

[04.05.2021]
Millinin futbolçuları peyvənd olunur

İtaliya millisinin futbolçularının vaksinasiyasına başlanılıb.

Qol.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Yığmanın Avro-2020-də iştirak edəcək futbolçularına koronavirusa qarşı peyvəndlər vurulur. Vaksinasiya prosesi Roma və Milandakı xəstəxanalarda həyata keçirilir.

Qeyd edək ki, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. 11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq. İtaliya millisi isə A qrupunda iyunun 11-i Roma Olimpiya Stadionunda Türkiyə ilə qarşılaşacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.