“Latsio”nun baş məşqçisi Simone İnzaqi koronavirusa yoluxub.
Qol.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin həyat yoldaşı Qayya Lukaryello İnstaqram hesabında paylaşım edib. O, bütün ailə üzvlərinin koronavirus testinin müsbət çıxdığını bildirib. İnzaqi və ailəsinin səhhəti yaxşıdır.