Qol.Az

"Barselona" 9 futbolçu ilə yolları ayırır

[08.04.2021]
"Barselona" 9 futbolçu ilə yolları ayırır

“Barselona”nın bu yay yollarını ayıracağı futbolçuların adına aydınlıq gəlib.

Qol.az İspaniya məbuatına istinadən xəbər verir ki, baş məşqçi Ronald Kuman 9 oyunçunu  komandasının heyətində düşünmür. Həmin futbolçular arasında Filipe Koutinyo, Samuel Umititi, Usman Dembele, Miralem Pyaniç, Serjio Roberto, Martin Braytvay, Junior Firpo, Karles Alena və Mateus Fernandes var. Kapitan Lionel Messinin gələcəyi isə qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 65 xalla 2-cidir. Kataloniya klubu lider “Atletiko”dan cəmi 1 xal geri qalır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.