Qol.Az

Mbappedən əvvəl ÇL-də heç kim bunu bacarmayıb

[08.04.2021]
Mbappedən əvvəl ÇL-də heç kim bunu bacarmayıb

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Qol.az UEFA-nın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə ilk oyunda (3:2) nail olub. Fransalı hücumçu sözügedən qarşılaşmada dubla imza atıb. Bununla da o, ÇL-in 1/8 və 1/4 final matçlarında bir mövsümdə ümumilikdə 5 qol vurmağı bacaran ilk oyunçu olub.

Qeyd edək ki, PSJ və "Bavariya" arasında cavab görüşü aprelin 13-ü keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.