Qol.Az

Hakan Çalhanoğlu İngiltərə nəhənglərinin hədəfində

[08.04.2021]
Hakan Çalhanoğlu İngiltərə nəhənglərinin hədəfində

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu İngiltərənin nəhəng klublarının maraq dairəsinə düşüb.

Qol.az "Sky Sport İtalia"ya istinadən  xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçini "Arsenal" və "Çelsi" yayda heyətinə qatmaq üçün mübarizə aparacaq. "Milan" isə müqaviləsi mövsümün sonunda başa çatacaq Çalhanoğlunu komandada saxlamaq istəyir. Klub türkiyəli oyunçuya həftəlik 66 min sterliq maaş təklif edir. Futbolçunun tələbi isə 82 min sterlinqdir.

Transfermarkt Türkiyə millisinin də üzvü olan oyunçunun satış dəyərini 35 milyon avro kimi müəyyənləşdirib.

Xatırladaq ki, Hakanla "Yuventus"un da maraqlandığı iddia olunur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.