Qol.Az

"Onları taxtdan salmaq əla olacaq" - Konte

[08.04.2021]
"Onları taxtdan salmaq əla olacaq" - <b style="color:red">Konte</b>

"İnter"in baş məşqçisi Antonio Konte İtaliya A seriyasında "Sassuolo"ya 2:1 hesablı qələbəni şərh edib.

Qol.az xəbər verir ki, komandası lider olan 51 yaşlı mütəxəssis çempionluq həyəcanı yaşadıqlarını söyləyib:  "A seriyasına 9 ildir bir komanda hakimdir. Onları taxtdan salmaq əla olacaq. Hər qələbə rəqiblərimizə bir mesajdır.

9 matçımız qalıb. Hər birinin 6 xallıq dəyəri var. Komanda olaraq üzərimizdə gərginlik var. Azarkeşlərimiz də eyni həyəcanı bizimlə bölüşürlər. Bu təzyiq olduqca təbiidir. Qalan matçlarda qalib gəlmə üçün meydana çıxacağıq".

Qeyd edək ki, ardıcıl 9 ildir "Yuventus" ölkə çempionatının qalibi olub.

Xatırladaq ki, "İnter" hazırda A seriyasında 71 xalla liderdir. Komanda ən yaxın izləyicisi "Milan"ı 11 xal qabaqlayır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.