Qol.Az

"Lester" Cengiz Ünderlə bağlı qərarını verdi

[08.04.2021]
"Lester" Cengiz Ünderlə bağlı qərarını verdi

"Lester" bu mövsüm "Roma"dan icarədən götürdüyü Cengiz Ünderlə bağlı qərarını verib.

Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi türk yarımmüdafiəçini birdəfəlik almayacaq. Bu mövsüm zədə səbəbindən gözlənilən oyunu nümayiş etdirməyən 23 yaşlı futbolçu yayda daha iki illik müqaviləsi olduğu İtaliya klubuna qayıdacaq.

"Lester"in oyunçunu 20 milyon funt sterlinqə transfer etmək hüququ var.

Qeyd edək ki, C.Ünder bu mövsüm Premyer Liqa təmsilçisində 19 matçda meydana çıxıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.