Qol.Az

Neymarın cəzası açıqlandı

[08.04.2021]
Neymarın cəzası açıqlandı

Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna braziliyalı hücumçunun ölkə çempionatının 31-ci turunda "Lill"lə matçda (0:1) qırmızı vərəqə alması səbəb olub. Buna görə o, 2 oyunluq cəzalanırılıb.

Qeyd edək ki, sözügedən qarşılaşmanın sonlarına az qalmış Neymar rəqib futbolçu Tiaqonun müdaxiləsi ilə yerə yıxılıb. O, bu hərəkətin cavabını rəqibini itələməklə verib. Nəticədə matçın baş hakimi hər iki oyunçuya ikinci sarı vərəqəni göstərib və meydandan kənarlaşdırıb. Neymar və Tiaqo isə  paldardəyişmə otağına gedərkən dalaşmağa cəhd ediblər. Ətrafdakı futbolçular onları ayırıblar. Baş verənlərə görə Tiaqo isə 1 oyunluq cəzalandırılıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.