Qol.Az

Bolt Ronaldo və Messi arasında seçim etdi

[08.04.2021]
Bolt Ronaldo və Messi arasında seçim etdi

Qaçış üzrə əkkiz qat Olimpiya çempionu Useyn Bolt Kriştiano Ronaldo ("Yuventus") ilə  Lionel Messi ("Barselona") arasında seçim edib.

Qol.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçunu daha yaxşı oyunçu hesab etdiyini deyib:

"Argentinaya azarkeşlik etdiyimə görə seçim etmək mənim üçün çətindir. Amma eyni zamanda Kriştiano Ronaldonun da azarkeşiyəm. Onu "Mançester Yunayted"də oynadığından bəri izləyirəm. Düşünürəm ki, Kriştianoda Messidən daha çox şey var. Çünki özünü bir çox liqada sübut etdi. Buna görə Ronaldonu seçirəm".


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.