Qol.Az

Millimiz Slovakiya ilə heç-heçə edib, qrup birinciliyini təmin etdi

[08.04.2021]
Millimiz Slovakiya ilə heç-heçə edib, qrup birinciliyini təmin etdi

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, yığmamız Slovakiya ilə qarşılaşıb. Levice şəhərində keçirilən görüşdə hesabı rəqib komanda açıb. Yığmamız görüşün başa çatmasına 32 saniyə qalmış hesabı bərabərləşdirərək, məğlubiyyətdən qaçıb. 

Bu nəticədən sonra xallarını 13-ə çatdıran milli komadanmız qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Qeyd edək ki, millimiz əvvəlki dörd oyunun hamısında qələbə qazanıb.

AÇ-nin seçmə mərhələsi,  3-cü qrup

8 aprel
 
18:00. Slovakiya – Azərbaycan - 1:1
Qollar:
Dosha, 15 (1: 0), Halo, 40 (1: 1)
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Slovakiya. Levice

Xatırladaq ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstana qarşı keçirəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.