Qol.Az

Superliqa klubunda baş məşqçi istefası

[24.02.2021]
Superliqa klubunda baş məşqçi istefası

"Kayserispor" baş məşqçisi Dan Petresku ilə yolları ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, rumıniyalı mütəxəssisin ailəvi səbəblərinə görə onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, "Kayserispor" Petreskunun rəhbərliyi altında 8 matçda 2 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. Komanda hazırda Türkiyə Superliqasında 25 xalla 17-ci pillədə qərarlaşıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.