Qol.Az

Argentina prezidenti Messinin təyyarəsini icarəyə götürdü

[24.02.2021]
Argentina prezidenti Messinin təyyarəsini icarəyə götürdü

Argentinanın prezidenti Alberto Fernandes ölkənin milli komandasının və "Barselona"nın kapitanı Lionel Messinin şəxsi təyyarəsini icarəyə götürüb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, dövlət başçısı  Meksikanın müstəqilliyinin 200 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün bu addımı atıb.  Alberto Fernandes  təyyarənin dörd günlük icarəsi üçün Messiyə 160 min dollar ödəyib. 

Bildirilir ki, 33 yaşlı oyunçunun təyyarəsi koronavirusun qarşısını almaq üçün bütün tibbi tələblərə cavab verdiyi üçün seçilib.

Qeyd edək ki, Messi sözügedən təyyarəni 2018-ci ildə 15 milyon dollara alıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.