Qol.Az

Ronaldo pişiyini istirahətə göndərdi

[23.02.2021]
Ronaldo pişiyini istirahətə göndərdi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo pişiyini İspaniyaya istirahətə göndərib.

Qol.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. 1 ay yarım əvvəl Ronaldonun Pepe adlı sfenks cinsli pişiyi futbolçunun Turindəki evindən qaçıb və bir avtomobilin təkərlərinin altına düşüb. Pişik bir ay yarım müddətində reanimasiyada qalaraq, müalicə alıb.

Sağaldıqdan sonra isə Ronaldo Pepeni İspaniyaya istirahət etməyə göndərib. Orada 35 yaşlı hücumçunun nişanlısı Corciananın bacısı İvana pişiyə baxır.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.