"Torino" komandanın məşqlərini dayandırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçular arasında koronavirusa yoluxma olduğu üçün belə bir qərar verildiyi bildirilib.
Son bir neçə gündə komandanın 3 oyunçusunda COVİD-19 aşkarlanıb.
Qeyd edək ki, "Torino" A seriyasının turnir cədvəlində 20 xalla 17-cidir.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə