Qol.Az

Çempionlar Liqasının final oyunlarının yeri dəyişdirildi

[23.02.2021]
Çempionlar Liqasının final oyunlarının yeri dəyişdirildi

Futzal üzrə Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunlarının ev sahibliyi  Belarusun paytaxtı Minskdən alınıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Belə qərar verilməsinə  koronavirusla bağlı ölkədəki epidemioloji vəziyyət və səyahət məhdudiyyətləri səbəb olub.

UEFA bəzi komandaların və rəsmi şəxslərin həlledici raundun matçlarında iştirakının mümkünsüzlüyünü nəzərə alıb və matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belarus Futbol Federasiyası ilə müzakirədən sonra qurum  final mərhələsinin oyunlarını Xorvatiyanın paytaxtı Zaqrebə təyin edib.

Qeyd edək ki, matçlar 28 aprel - 3 mayda keçiriləcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.