Qol.Az

"Sevilya"dan "Liverpul"a?

[23.02.2021]
"Sevilya"dan "Liverpul"a?

"Liverpul" "Sevilya"nın futbolçusu Lukas Okamposu almaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə "El İntrasigente"  məlumat yayıb. "Mersisaylılar" yayda 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır. Futbolçu özü də Premyer Liqa klubuna keçməyə müsbət yanaşır. Lakin "Sevilya" oyunçuya görə 65 milyon avro tələb edir.

Qeyd edək ki, Okampos bu mövsüm 20 matça çıxaraq, 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.