Qol.Az

Millimizin oyununa hakim təyinatları açıqlandı

[23.02.2021]
Millimizin oyununa hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb.
 
Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun əsas hakimi polşalı Damian Qrabovski olacaq.
 
İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı “Futzal Arena”da baş tutacaq oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matçın start fiti saat 19:00-da səslənəcək.
 
Əlavə edək ki, Azərbaycan millisi iki oyuna topladığı 6 xalla 3-cü qrupun lideridir. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdür. İlk iki oyunundan məğlub ayrılan Yunanıstan isə sonuncudur.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.