Qol.Az

Futbolçular da Mourinyodan narazıdırlar

[23.02.2021]
Futbolçular da Mourinyodan narazıdırlar

"Tottenhem"in baş məşqçisi Joze Mourinyonun komandadakı mövqeyi zəifləyir.

Qol.az "The Athletic"ə istinadən xəbər verir ki, futbolçular getdikcə onun metodlarından narazıdır. Portuqaliyalı mütəxəssis soyunub-geyinmə otağında nəzarəti itirməsə də, onunla bağlı narazılıqlar artmaqdadır.

Bildirilir ki, komandanın bəzi oyunuları sabiq baş məşqçi Maurisio Poçettinonu sevə-sevə xatırlayırlar. Son mövsümdə argentinalı mütəxəssislə bir münaqişə yaşanmasına baxmayaraq, futbolçular indi ondan narazı olduqlarına görə təəssüflənirlər.

Hücumçular Mourinyonun məşq zamanı müdafiədə oynamağa çox kökləndiyini və səhv etməmək üçün çox tələbkar olduğunu hiss edirlər.

Bəzi hücumçular hələ də Poçettinonun rəhbərliyi altında tətbiq olunan hücum kombinasiyalarına güvənirlər. Çünki Mourinyonun rəhbərliyi altında praktik olaraq bu cəhətdən işləmirlər.

Qeyd edək ki, bu gün Britaniya mətbuatı  Joze Mourinyonun istefası məsələsini gündəmə gətirib. Britaniya mediasının yazdığına görə, bu gedişlə portuqaliyalı mütəxəssisin ən gec mövsümün sonunda qovulması ehtimalı yüksəkdir.

Xatırladaq ki, mövsümün əvvəli çempionluğa əsas favoritlərdən göstərilən London təmsilçisi son 13 oyundan cəmi 3-də qələbə qazana bilib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.