Qol.Az

Əsrin ən çox çempion olan komandaları

[23.02.2021]
Əsrin ən çox çempion olan komandaları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 21-ci əsrdə yerli liqada ən çox çempion olan komandanın adını açıqlayıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Moldova "Şerif"i qərarlaşıb. Tiraspol təmsilçisi 21-ci əsrdə 18 dəfə ölkə çempionu olub.

Cəbəllütariqin "Linkoln Red", Hondurasın "Olimpiya" və Nikaraquanın "Real Esteli" klubu 17 dəfə ölkə çempionu olaraq siyahıda 2-4-cü pillələri bölüşdürürlər.

5-ci yerdə isə  Yunanıstan "Olimpiakos"u (16 ölkə çempionluğu) qərarlaşıb.

Qeyd edək ki,  dünyanın ən böyük beş liqasından təkcə Almaniya "Bavariya"sı (14 ölkə çempionluğu) "TOP-15"də yer alıb.

Əlavə edək ki, araşdırma əsrin 10 və daha çox sayda çempion olan komandalarını əhatə edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.