Qol.Az

"Budəfəki görüş finala bərabər olacaq" - Millimizin üzvü

[23.02.2021]
"Budəfəki görüş finala bərabər olacaq" - <b style="color:red">Millimizin üzvü</b>

Məşqlərimiz plan üzrə davam edir. Daha çox fiziki hazırlığa diqqət yetiririk. Bu da baş məşqçinin göstərişidir. Əlbəttə, taktiki çalışmalara da yer ayırırıq. Komanda olaraq, bu dəfə daha yaxşı formadayıq. Çünki məşq etmək üçün daha çox vaxtımız oldu. Həm də yanvarda da yaxşı hazırlıq keçmişdik. Onun da müsbət təsirini görürük".

Qol.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Amir Şocayi Moldova ilə Avropa çempionatının ardıcıl iki seçmə qrup oyunundan əvvəl federasiyanın rəsmi saytına açıqlamasında deyib. Cənubi azərbaycanlı müdafiəçi Slovakiya və Yunanıstanla oyunlarda qazandıqları qələbənin komandada əhval-ruhiyyəni yüksəltdiyini vurğulayıb. O, növbəti rəqibin tanış komanda olduğunu və həm ev, həm də səfər qarşılaşmasının çətin keçəcəyini söyləyib: “Bu komandaya qarşı 2 il əvvəl oynamışam. Ancaq həmin nəticəni unutmalıyıq. Məşqçimiz rəqibi analiz edəcək və bizə necə oynamalı olduğumuzu deyəcək. Budəfəki görüş finala bərabər olacaq. Moldova millisi də seçmə mərhələyə yaxşı başlayıb. Heç kimin gözləmədiyi halda Slovakiya ilə səfərdə heç-heçə edib. Hətta qələbə də qazana bilərdi”.

Şocoyi bu görüşlərdə qazanılacaq qələbələrin Azərbaycan yığmasının zirvədəki mövqeyini böyük ölçüdə möhkəmləndirəcəyini diqqətə çatdırıb: “Hədəfimiz həm Bakıdakı, həm də səfərdəki oyunda qələbə qazanmaqdır. Bunu bacarsaq, birinci pillədəki yerimizi möhkəmləndirəcəyik. Azərbaycan illərdir Avropa çempionatının final mərhələsində iştirak edir. Bu seriyanın davam etdirilməsi vacibdir”.

Milli üzvü Moldovanın qrupda Slovakiya və Yunanıstanla keçirdiyi hər iki oyununu izlədiyini də bildirib: “Bu görüşlərdə Moldova futzalçıları təhlükəli hücumlar qururdular. Bizimlə oyunda yəqin ki, müdafiəyə diqqət yetirəcəklər. Çalışmalıyıq ki, rəqibimiz əks-hücumlarda bizi yaxalamasın. Çünki heyətlərində təhlükəli oyunçuları var. Xüsusilə də 7 nömrəli (Adrian Laşku) futzalçını qeyd edərdim”.

Qeyd edək ki, Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Fevralın 25-dən təlim-məşq toplanışına başlayacaq komanda Bakı İdman Sarayında əsasən fiziki təmrinləri yerinə yetirir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.