Qol.Az

Messi final oyununu buraxa bilər

[14.01.2021]
Messi final oyununu buraxa bilər

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun final oyununu buraxa bilər.

Qol.az "AS"a istinadən xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Ronald Kuman məlumat verib. Onun sözlərinə görə, argentinalı hücumçunun oynayıb-oynamacayacağını dəqiqləşdirmək üçün bir neçə gün gözləməlidirlər.

Qeyd edək ki, Messi zədə səbəbindən Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşü də (əsas vaxt - 1:1, penaltilər seriyası - 3:2) buraxmışdı.

Əlavə edək ki, "Barselona" finalda "Real" - "Atletik" cütünün qalibi ilə qarşılaşacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.