Qol.Az

Millimizin oyunlarının vaxtı və məkanı bəlli oldu

[14.01.2021]
Millimizin oyunlarının vaxtı və məkanı bəlli oldu

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi ilk iki oyunun vaxtı və məkanı müəyyənləşib.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma ilk matçını yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya seçməsinə qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

Komanda fevralın 2-də Yunanıstanın qonağı olacaq. Paytaxt Afinada “Daiss Sports Hall”dakı oyun saat 20:00-da start götürəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.