Qol.Az

“Telstar”ın baş məşqçisi Ozan Can Kökcünü təriflədi

[14.01.2021]
“Telstar”ın baş məşqçisi Ozan Can Kökcünü təriflədi

Niderlandın “Telstar” klubunun baş məşqçisi Andris Yonker Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Ozan Can Kökcünün transferindən danışıb.

Qol.az xəbər verir ki, 59 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Türkiyə əsilli yarımmüdafiəçini tərifləyib.

“Şənbə günü “TOP Oss” komandası ilə matçda ona şans verməyə çalışacağıq. Gənc olmasına baxmayaraq, Ozan Can lazimi təcrübəyə malikdir. O, Azərbaycanın gənclər yığmasında müntəzəm çıxış edir. Həm yarımmüdafiə, həm də hücum xəttində yaxşı təsir bağışlayır. İnanıram ki, oyunumuzun inkişafına təkan verəcək”.

Qeyd edək ki, Ozan Can Kökcü bu mövsümün sonunadək icarə əsasında “Tesltar”da çıxış edəcək.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.