Qol.Az

Libertadores kubokunda finalçılar bilindi

[14.01.2021]
Libertadores kubokunda finalçılar bilindi

Libertadores kubokunda ikinci finalçı müəyyənləşib.

Qol.az xəbər verir ki, Braziliyanın "Santos" klubu yarımfinalın ikinci görüşündə Argentina təmsilçisi "Boka Xuniors"la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandalar arasındakı ilk görüşdə qapılara qol vurulmamışdı.

"Santos" yanvarın 30-da keçiriləcək final matçında Braziliyanın digər klubu "Palmeyras"la üz-üzə gələcək. Bununla da, tarixdə üçüncü dəfə Libertadores kubokunun finalında Braziliyanın iki təmsilçisi mübarizə aparacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.