Qol.Az

PSJ Superkubokun sahibi oldu

[14.01.2021]
PSJ Superkubokun sahibi oldu

Fransa Superkubokunun sahibi müəyyənləşib.

Qol.az xəbər verir ki, həlledici matçda PSJ və "Marsel" komandaları qarşılaşıb. Lensdəki "Feliks Bolar" stadionunda keçirilən oyunda Paris təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

PSJ - "Marsel" - 2:1
Qollar
: İkardi, 39, Neymar, 85-pen - Payet, 89

Beləliklə, Superkubokun sahibi Maurisio Poçettinonun baş məşqçisi olduğu komanda olub. Bu argentinalı mütəxəssisin məşqçilik karyerasındakı ilk kubokudur.

Qeyd edək ki, PSJ ardıcıl 8-ci dəfə Superkuboku qazanıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.