Qol.Az

"Səbail"dən ayrılan futbolçu İsveç klubunda

[14.01.2021]
"Səbail"dən ayrılan futbolçu İsveç klubunda

Bu ay "Səbail"dən ayrılan  Baxtiyar Rahmaninin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, iranlı yarımmüdafiəçi İsveçin aşağı liqa təmsilçisi "Dalkurd"a keçib. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən ilin noyabrından "Səbail"də çıxış edən Rahmaninin qarşılıqlı razılaşma əsasında bu yay başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.