Qol.Az

Sadio Tounkara rəsmən "Keşlə"də

[13.01.2021]
Sadio Tounkara rəsmən "Keşlə"də

"Keşlə" heyətinə yeni futbolçu qatıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib. 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, bu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"da oynayıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.