Qol.Az

Messi Superkubok oyununu buraxacaq

[13.01.2021]
Messi Superkubok oyununu buraxacaq

"Barselona"nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"la görüşü buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu La Liqanın 18-ci turunda "Qranada" ilə oyunda (4:0) yüngül zədə alıb və özünü narahat hiss edir.

Qeyd edək ki, "Barselona" - "Real Sosyedad" matçı bu gecə Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.