Qol.Az

"Sumqayıt"ın yeni transferləri məşqlərə başladı - Şəkillər

[13.01.2021]
"Sumqayıt"ın yeni transferləri məşqlərə başladı - <b style="color:red">Şəkillər</b>

"Sumqayıt" Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını davam etdirir.

Qol.az klubun "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə "Dalğa Arena"da məşqə çıxıb.

Yeni transferlər Mehdi Şərifi və Höccət Haqverdi hazırlıq prosesinə qoşulub. Zədəsini sağaldan Süleyman Əhmədov isə artıq komanda ilə birgə məşqlərə başlayıb.

Təxminən 1 saat davam edən hazırlıq prosesində əsasən yüngül fiziki hərəkətlər və toplu çalışmalar icra edilib.

Qeyd edək ki, "Sumqayıt" FK hazırlıq çərçivəsində sabah "Qəbələ" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15:00-da "Kapital Bank Arena"da oynanılacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.