Qol.Az

Xavi “Barselona”ya nə vaxt qayıdır?

[13.01.2021]
Xavi “Barselona”ya nə vaxt qayıdır?

“Barselona”nın sabiq futbolçusu, hazırda “Əl-Sədd”ə baş məşqçilik edən Xavinin Kataloniya klubuna qayıdacağı vaxt müəyyənləşib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçinin “Barselona”ya gəlişi aprel ayıdan əvvəl olacaq.

“Barselona”nın prezident seçkiləri bu ay keçirilsə də, ispaniyalı mütəxəssis mövsümün sonunadək Qətər komandasını çalışdıracaq və mövüm başa çatdıqdan sonra La Liqa təmsilçisinə qayıdacaq.

Prezident seçkilərində Viktor Font “Barselona”ya rəhbər seçiləcəyi halda Xavi komandanın baş meneceri kimi fəaliyyət göstərəcək. Jordi Krayf isə idman direktoru olacaq. Baş məşqçi Ronald Kuman uğursuz nəticələr əldə edəcəyi təqdirdə isə onu Xavi əvəzləyəcək.

Qeyd edək ki, Xavi 1998-2015-ci illərdə “Barselona”da çıxış edib.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.