"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb.
Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı oyunçular - yarımmüdafiəçi Alvaro Tavareş və müdafiəçi Artur Batista ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Keşlə" mövsümün əvvəlində komandaya qoşulan oyunçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə