Qol.Az

Premyer Liqamızda təxirə salınan oyunun yeni vaxtı açıqlandı

[22.11.2020]
Premyer Liqamızda təxirə salınan oyunun yeni vaxtı açıqlandı Azərbaycan Premyer Liqasının 10-cu turunda təxirə salınmış “Sabah” – “Səbail” matçının keçiriləcəyi vaxt açıqlanıb.

Qol.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, görüş noyabrın 23-də keçiriləcək. "Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in 4 futbolçusunda koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün ötən günə nəzərdə tutulan oyunun təxirə salınmasına qərar verilmişdi.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.