Qol.Az

"Çelsi"dən növbəti qələbə - Video

[21.11.2020]
"Çelsi"dən növbəti qələbə - <b style="color:red">Video </b>

“Çelsi” Premyer Liqada növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, “zadəganlar” 9-cu turda səfərdə  “Nyukasl”la qarşılaşıb. Matç London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 10-cu dəqiqədə ev sahiblərinin oyunçusu Federiko Fernando açıb. O, öz qapısına qol vurub. Tommi Abraham isə 65-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib- 2:0.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran “Çelsi” liderliyə yüksəlib. “Lester” eyni xalla 2-ci, “Tottenhem” 17 xalla 3-cüdür. “Nyukasl” isə 11 xalla 13-cü pillədə qərarlaşıb.





<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.