Qol.Az

Komandalar və hakimlər matça "Kəpəz"in forması ilə çıxdılar

[18.10.2020]
Komandalar və hakimlər matça "Kəpəz"in forması ilə çıxdılar Azərbaycan Premyer Liqasının 6-cı turunun son qarşılaşması- “Sumqayıt” – “Zirə” matçı üçün də xüsusi hazırlıq görülüb.
 
Qol.az xəbər verir ki, hazırda davam edən “Kapital Bank Arena”dakı oyuna hər iki komanda, həmçinin hakimlər briqadası Gəncənin “Kəpəz”in forması ilə çıxıb. Bu, erməni təxribatının qurbanı olan Gəncəyə dəstək xarakteri daşıyıb.
 
Bununla da terrorçu Ermənistanın raket bombalarından əziyyət çəkən ölkənin ikinci böyük şəhərinin klubuna dəstək nümayiş olunub.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.