Qol.Az

Etopaz Azərbaycan xalqını təbrik edir - Video

[18.10.2020]
Etopaz Azərbaycan xalqını təbrik edir - <b style="color:red">Video </b> Bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür.

1991-ci ilin 18 oktyabrında Azərbaycan 71 illik Sovet imperiyasının buxovlarını qıraraq Dövlət Müstəqilliyi haqqında Akt qəbul etdi. Bu gün həmin şanlı tarixdən 29 il ötür. Azərbaycan şanlı bayramını bu dəfə tam fərqli yaşayır. 9 gün əvvəl erməni işğalından azad olunmuş Hadrut ilk dəfə bu möhtəşəm tarixi qeyd edir. Düşmən tapdağından qurtulan Cəbrayıl, Füzuli, Suqovuşan, tarixin qan yaddaşı Xudafərin 28 ildən sonra müstəqilliyin, azadlığın havasını udur, 18 oktyabr bayramına qoşulur.
 
ETOPAZ bu tarixi günlə bağlı Azərbaycan xalqını təbrik edir, müstəqilliyin qorunması yolunda güclü Azərbaycan dövlətinə uğurlar arzulayır. Müstəqilliyin Bərpası Günü ilə bağlı hazırlanan videoçarxı təqdim edirik.




<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.