Qol.Az

Dadaşovun komandası yarımfinalda

[18.10.2020]
Dadaşovun komandası yarımfinalda ABŞ-ın USL çempionatında pley-off mərhələsinin 1/4  final qarşılaşmaları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin üzvü  Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “Reno” ilə qarşılaşıb.
 
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib və “Finiks Rayzinq” üstün olaraq, yarımfinala yüksəlib – 5:4.
 
Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
 
Qeyd edək ki, “Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.