Qol.Az

"Bavariya"dan böyükhesablı qələbə

[18.10.2020]
"Bavariya"dan böyükhesablı qələbə

“Bavariya” Bundesliqada növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, Münhen təmsilçisi 4-cü turda “Arminia Bielefeld”in qonağı olub və 4:1 hesablı qələbə qazanıb.

8-ci dəqiqədə Tomas Müllerin hesabı açdığı görüşdə Robert Levandovski 26 və 45-ci dəqiqələrdə fərqlənməklə dubl edib. Müller 51-ci dəqiqədə yenidən qapıya yol tapmağı bacararaq, qarşılaşmada özünün 2-ci, komandasının 4-cü qolunu vurub. Rəqibin futbolçularından Ritsu Doan 58-ci dəqiqədə fərqi azaltmağa nail olub, lakin oyun elə  bu hesabla başa çatıb- 1:4.

Qeyd edək ki, “Bavariya” 9 xalla çempionatın turnir cədvəlində 2-cidir. Aktivində 4 xalı olan “Arminia Bielefeld” isə 14-cü yerdədir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Premyer Liqa | Haqqımızda | Əlaqə
© 2008-2012 Qol.Az.